Bu gün Ermənistan və Azərbaycan arasında hətta potensial vasitəçi kimi Fransaya olan etibarımız sıfıra bərabərdir.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Fransanın “FranceInter” radiosuna müsahibəsində deyib.
“Fransanın hazırkı siyasi rəhbərliyinin Ermənistana hədsiz dəstəyi elə bir vəziyyətə gətirib çıxarıb ki, Azərbaycanda heç kim hətta nəzəri cəhətdən Parisi Bakı və İrəvan arasında münasibətlərin normallaşmasına kömək etmək üçün ən azı müəyyən qədər faydalı töhfə verə biləcək tərəf kimi qəbul etməyə hazır deyil. Tam tərsi”, - deyə o vurğulayıb.
Əmirbəyov əlavə edib ki, Parisin erməni maraqlarını fədakarlıqla müdafiə etmək öhdəliyinə son açıq sübut Fransanın xarici işlər naziri Ketrin Kolonnanın İrəvanla hərbi-texniki əməkdaşlığı yeni keyfiyyət müstəvisinə çıxarmaq, o cümlədən de-fakto müttəfiqinə silah və hərbi texnika tədarükünün başlanması oldu:
“Fransanın bu cür düşüncəsiz addımı nəinki onun “sülhməramlı” kimi cilovsuz ambisiyalarını puça çıxarır, həmçinin, Ermənistanı Azərbaycana qarşı yeni ölümcül təxribatlara və yeni təcavüzə sövq edərək regionu hərbi qarşıdurmanın yeni təhlükəli səviyyəsinə çıxarır”.
- İran Azərbaycana qarşı niyə aqressivləşib? - Video
- Əsir düşən azərbaycanlı ilə bağlı XİN-dən açıqlama
- Bakinskinin məhkəməsi: Bakılıyam, tərcüməçi lazım deyil
- Bakı İrəvandan istədiyini bu yolla alacaq - Krılov
- Prezident yeni səfirin etimadnaməsini qəbul etdi
- Soba başçını “yandırdı” - Yeni foto
- Azər Baxşəliyev orqan nəqlindən niyə imtina edib? - Açıqlandı
- Əliyev tənqid etdi, İran mediası Amulini yıxıb-sürüdü