Qarabağda özünü buraxan separatçıların sonuncu “başçısı” Azərbaycan ordusu qarşısında təslim olsa da, Ermənistana getdikdən sonra yenidən “baş qaldırmağa” başlayıb.
BUTA.TV Publika.az-a istinadən xəbər verir ki, Azərbaycana qarşı cinayət törədən separatçı “liderlər” qandallanaraq, Bakıya gətirilsə də, Samvelin İrəvana gedə bildiyi haqda məlumatlar var. Mümkündür ki, təslim olan Şahramanyan “bağışlananlar siyahısına” daxil ola bilib.
Lakin əsas məsələ S.Şahramanyanın Ermənistanda hansı işlə məşğul olduğudur.
Ermənistan mediası Şahramanyanın artıq mövcud olmayan qondarma “artsax”ın İrəvandakı nümayəndəliyində başının dəstəsi ilə müzakirələr keçirdiyini yazır.
Şahramanyan iki məsələni prioritet elan edib və bununla bağlı “tapşırıqlar” verib. Bunlardan biri qandallanaraq, Bakıya gətirilən separatçı cinayətkarların azad edilməsi, digəri Qarabağdan Ermənistana qayıdan ermənilərin problemlərinin həll edilməsidir. Samvelin İrəvana gedən kimi bu addımı atması Azərbaycan ərazisində məhv edilən erməni separatizminin Ermənistanda yenidən davam etdiriləcəyinə işarədir. Bu cəhdlərin praktiki olaraq nəticə verməyəcəyi aydındır, lakin bölgəyə sülhün gəlməsi üçün erməni separatizminin ümumiyyətlə sıradan çıxarılması vacibdir. Bunu Ermənistan hakimiyyəti də düşünməlidir.
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir