Futbolçularımı təbrik edirəm. Vacib üç xal əldə etdik.
BUTA.TV xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İsveçdə "Hakken"ə 1:0 hesabı ilə qalib gəldikləri UEFA Avropa Liqasının qrup mərhələsinin II tur matçından sonra mətbuat konfransında deyib.
"Futbolçular qarşılaşmanı tam idarə edə bildilər. Rəqibin topla yaxşı davranan və sürətli oyunçuları var idi. Biz get-gedə oyunu ələ aldıq. Qalib gəlmək istəyiriksə, daha diqqətli və aktiv olmalıyıq. Bəzi epizodlarda düzgün oynamadıq. Amma ümumən matçdan razı qaldım", - Q.Qurbanov qeyd edib.
Qurbanov III və IV turda üz-üzə gələcəkləri Almaniyanın "Bayer 04" klubu ilə qarşılaşmalara da toxunub: "Hər görüşdə daha ciddi olmalıyıq. Həmişə güclü rəqiblərlə oynamağımızı istəmişəm. Bu, bizə faydalı olacaq və təcrübə qazandıracaq. Rəqib hazırda də ən pik formasındadır. Öz oyunumuzdan əl çəkməməyə çalışacağıq. Onları tam yaxından analiz edəcəyik. Yaxşı mübarizə aparmaq niyyətindəyik".
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq
- Nazir universitet və kolleclərlə bağlı əmr imzaladı
- Bakıda 28 marşrutun hərəkət sxemi dəyişdirilir