Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə “Gənclər arasında informasiya müharibəsi ilə bağlı maarifləndirmə layihəsi”nin icrasına başlanılıb.
BUTA.TV xəbər verir ki, layihə “Davam” Gənclər Hərəkatının informasiya müharibəsi ilə bağlı maarifləndirmə ayı çərçivəsində keçirilir.
Layihənin əsas məqsədi gənclərin informasiya müharibəsi ilə bağlı məlumatlandırılması və düzgün istiqamətləndirilməsi, sosial mediada Azərbaycanın maraqlarının təmin edilməsi, virtual məkanda Azərbaycan əleyhinə həyata keçirilən “qara piar” kampaniyalarına qarşı mübarizə aparılmasıdır.
Layihə çərçivəsində 20-25 nəfərlik iştirakçı qrupları ilə interaktiv görüşlər baş tutur. Bu görüşlər zamanı gənclərə informasiya müharibəsinin mahiyyəti, müxtəlif modelləri və əsas xüsusiyyətləri ilə bağlı ətraflı məlumat verilir, onları maraqlandıran suallar cavablandırılır.
Bugünədək layihə çərçivəsində 5 görüş keçirilib və bu görüşlərdən ümumilikdə 150-dən çox gənc yararlanıb.
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq