Qatı Azərbaycan əleyhdarı olan Yuri Kim ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsindən azad edilib.
BUTA.TV xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Co Bayden sözügedən vəzifəyə Dövlət Departamentinin sanksiyalar siyasəti üzrə keçmiş koordinatoru Ceyms Obraynın namizədləyini irəli sürüb.
ABŞ Senatı təklifi qəbul edib. Obraynın xüsusilə Rusiya ilə münasibətlərlə bağlı məsələlər üzrə işləyəcəyi qeyd olunub.
Qeyd edək ki, Yuri Kim ABŞ Senatında keçirilən dinləmələrdən sonra Azərbaycana qarşı bəyanatları ilə gündəmə gəlib. O, ötən ay USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) rəhbəri Samanta Pauerlə birlikdə İrəvanda səfərdə olub.
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO
- Bakıda ilk: Üztanıma ilə ödəniş etmək olacaq