Rəhman Rəhmanov oğlunun vəsiyyətini açıqladı

22:11 - 4 Oktyabr 2023 - MAQAZİN

 Rəhman Rəhmanov oğlunun vəsiyyətini açıqladı

"Gecə saat iki idi. Yoldaşım məni yuxudan oyatdı və dedi ki, qorxma, amma Emilin vəziyyəti pisləşir. Gecə 3-də onu gətirdilər, huşu özündə deyildi. Məni əvvəl tanımadı, başına sığal çəkib öpdüm. Dedim ki, atandır, baxdı və tanımadı".

BUTA.TV xəbər verir ki, bu sözləri Əməkdar artist Rəhman Rəhmanov "Bizimləsən" proqramına müsahibəsində danışıb. Sənətçi mərhum müğənni oğlu Emil Rəhmanoğlunun öləcəyini əvvəlcədən hiss etdiyini bildirib: "Səhər 9-da reanimasiyanın qapısında həkim dedi ki, oğlunuzun 2 saat vaxtı qalıb. Məni başa saldı ki, böyrəklər fəaliyyətini dayandırıb. Qan baldırında tromb yaradıb, böyrəyin, ürəyin, qaraciyərin fəaliyyətini saxlayıb. Ürəyini aparata qoşdular. Həkim necə demişdisə,elə də oldu. Saat 11-də dünyasını dəyişdi. 

Onda bir şeyi hiss eləmişdim. Öləcəyi insanın ürəyinə damır. Mən həmin müddətdə məzuniyyətdə idim. Amma ürəyim Emilin yanında idi. İçimdə hiss edirdim ki, ona nəsə olacaq. Bir ay əvvəl isə Emil mənə demişdi ki, onu qardaşı İlhamın məzarına aparım. Ziyarət zamanı hönkür-hönkür ağladı. Qayıdanda dedi ki, ölsəm, məni İlhamın yanında basdırın. Bu onun sonuncu vəsiyyəti idi".

Qeyd edək ki, Emin Rəhmanoğlu sentyabrın 19-da dünyasını dəyişib./Axsam.az

Bu xəbər hal-hazırda çox oxunur
Kürdəmirdə ağır qəza: polis əməkdaşı öldü

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol