Mən Ermənistanda Azərbaycan əleyhinə düşmən ritorikasının artmasını qeydə alıram. Bunun səbəbi heç də aydın deyil, amma heç bir yaxşılığa da səbəb olmayacaq.
BUTA.TV xəbər verir ki, bu sözləri erməni bloger İşxan Verdyan özünün Teleqram kanalında yazıb.
“İstənilən siyasətin hansısa aydın məqsədi olmalıdır ki, ölkənin özünün xeyrinə və ya guya yaxşılığa doğru yönəldilsin. Azərbaycana qarşı hansısa sanksiyaların tətbiq olunduğu gülünc vəziyyəti təxmin etsək, o zaman Ermənistanın bundan nə udacağı bilinmir. Ermənistan bundan heç nə qazanmayacaq və bunun üçün bütün siyasi resurslarını xərcləmək sağlam fikir deyil. Doğrudanmı, Ermənistan üçün yeganə motivasiya şər faşizmdir?” - deyə bloger bildirib.
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO