Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Samid Əliyev narkotik vasitə heroini satarkən saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan BUTA.TV-a verilən məlumata görə, əməliyyat tədbirlərinin davamı nəticəsində onun narkotik vasitəni əldə etdiyi şəxsin Lənkəran sakini, əvvəllər məhkum olunmuş Bünyad Heydərov olduğu müəyyən edilib və sonuncu da polis əməkdaşları tərəfindən saxlanılıb.
Keçirilən baxış zamanı B.Heydərovun üzərindən və yaşadığı evdən ümumilikdə 8 kiloqram 300 qram heroin aşkarlanaraq götürülüb. Onun sözügedən narkotik vasitəni satışının təşkil olunmasından ötrü xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdiyi müəyyən olunub.
Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının son bir ay ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 32 nəfər saxlanılıb. Faktlarla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO