Türkiyənin sərhədləri xaricindəki əməliyyatları müvəffəqiyyətli olduqca terror təşkilatları da “mən buradayam” mesajı vermək üçün səs-küylü əməliyyatlar planlayır və təbii ki, burada uğursuz olurlar.
BUTA.TV xəbər verir ki, bu sözləri türkiyəli təhlükəsizlik üzrə mütəxəssis Məsud Şöhrət Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın ölkə xaricində mümkün antiterror əməliyyatları ilə bağlı çıxışını şərh edərkən deyib.
O bildirib ki, xüsusilə MİT və təhlükəsizlik qüvvələrinin əməliyyatları terrorçu rəhbərləri çıxılmaz vəziyyətə salıb:
“Mətbuatda yayımlanmayan və bizim görmədiyimiz bir çox olayın qarşısı təhlükəsizlik qüvvələri və MİT tərəfindən alınır. Bunu dəqiq deyə bilərik. Hörmətli prezidentimizin açıqladığı kimi, terrora konkret olaraq son qoyulması məsələsində Türkiyə qəti qərarını verib. Qarşıdakı günlərdə əməliyyatın olacağını düşünürəm. Zaman məsələsi də önəmlidir. Yay mövsümü sona çatdı. Hava şərtləri də ideal görünür. Növbəti günlərdə bunun mümkün olacağını düşünürəm”.
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO