Mən hər bir gürcüyə kömək etmək üçün buradayam və insanların həyatının daha humanist və layiqli olmasını təmin edəcəyə. Bunu əvvəllər etmişəm və sizinlə birlikdə indi edə bilərəm.
BUTA.TV xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili deyib.
Saakaşvilinin sözlərinə görə, yaxın gələcəkdə hamı onun aktiv hərəkətlərini görəcək:
“Artıq iki ildir ki, mən tamamilə günahsız olaraq Rusiyanın və rus oliqarxının əsirliyindəyəm. Özləri məni nədə ittiham etdiklərini xatırlamır, ya qatil, ya da min cür iyrənc söz deyirlər. Mən müharibədə Ukraynaya birbaşa kömək edə bilməyəcəyimə görə təəssüflənirəm, lakin Gürcüstanda olmağımdan təəssüflənmirəm, çünki bunun simvolik və praktiki əhəmiyyəti var. Simvolik olaraq, bu, müharibənin və rusiyapərəst rejimin ədalətsizliyinin təsdiqi və mənim dözümlü olmağımın nümayişidir. Önümüzdəki həftələrdə və aylarda aktiv hərəkətlərimi demək olar ki, hamı görəcək”, - Saakaşvili bildirib.
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO