Ermənistan silahlı qüvvələri baş qərargahının keçmiş rəisi, keçmiş baş hərbi müfəttiş, general-polkovnik Movses Akopyan yerli mətbuata müsahibəsində bildirib ki, Azərbaycanın növbəti hədəfi o olacaq.
"Bilirəm ki, onlar məni də tələb edəcəklər. Ola bilər ki, Ermənistan rəhbərliyi məni təhvil verməyə çalışsın, amma buna nail olmayacaqlar”, - Akopyan qeyd edib. Xatırladaq ki, Akopyan Azərbaycanın Xocavənd rayonunda anadan olub. O, 2007-2015-ci illərdə qondarma separatçı rejimin "müdafiə naziri” işləyib.
Bununla yanaşı, Akopyan həm də Ermənistanın təhlükəsizlik şurasının hazırkı katibi Armen Qriqoryanın dayısıdır. O, sonuncu dəfə Ermənistan müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi vəzifəsində işləyib və baş nazir Nikol Paşinyanla ziddiyyətlərinə görə vəzifəsindən istefa verib. (Oxu.az)
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi
- Erməni məhsulları gizlicə Bakı bazarında satılır? – VİDEO