Bu gün yaxalanan Qaramyanın dəhşətli işgəncə üsulları: 18+

22:56 - 29 Sentyabr 2023 - KRİMİNAL

 Bu gün yaxalanan Qaramyanın dəhşətli işgəncə üsulları: 18+

Arşavir Qaramyan - Qarabağ müharibəsi zamanı azərbaycanlı əsirlərə olmazın əzablar verən qatil erməni komandirdir.

BUTA.TV xəbər verir ki, bu sözləri tarixçi alim, dosent Zaur Əliyev Arşavir Qaramyanın həbsi barədə xəbərlərə reaksiyasında qeyd edib.

O bildirib ki, Qaramyan 1992-ci il fevralın 26-da Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımın iştirakçısı və təşkilatçılarından biri olub:

“Qaramyan Arşavir Surenoviç 22 iyul 1965-ci ildə Qarabağın Əsgəran rayonunda Aknaxbyur kəndində doğulub. İrəvan Dövlət Universitetinin Radiofizika və elektronika fakültəsini bitirdikdən sonra SSRİ Dəniz Qüvvələrində xidmət edib. 1990-cı ildə Qarabulaqda “Arşo batalyonu” kimi tanınan könüllü dəstə yaradıb. 8 nəfərlik dəstəsi olub. 1992-1996-cı illərdə isə “müdafiə ordusu”nun Əsgəran rayonunun 35-ci “motoatıcı batalyonu”nun (MOA) komandiri olub.

O, 1991-1994-cü illərdə Azərbaycanın Xocavənd, Şuşa, Laçın, Əsgəran, Ağdərə, Ağdam, Kəlbəcər və Fizuli rayonlarının işğalında iştirak edib”.

Alimin sözlərinə görə, Qaramyan azərbaycanlılara verdiyi işgəncələr bunlar idi:

“- Əsir və girovların ayaq barmaqlarımın dırnaqlarını çəkib çıxartmaq;

- Qadınların döş vəzilərini və burnunu kəsmək;

- Kişilərin cinsiyyət üzvünü kəsib yandırmaq;

- İnsanları diri-diri yandırmaq;

- Kişilərin cinsiyyət üzvünə güllələr vurmaq;

- Kişilərin arxa keçəcək dəliyində boş içki şüşəsi yerləşdirmək və s.

Xocalıda hadisələrin şahidlərinin birinin ifadəsindən: “Ermənilər bir çox əsirin başını elə orada, Arşavirin yanında kəsiblər. Qalan adamları isə Xankəndiyə aparıblar. Ermənilər Talehin gözü qabağında anasına əzab verib, qızıl dişlərini söküblər”.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol