"İnstagram" fenomeni, özünü ekstrasens kimi təqdim edən Bayram Nurlu millət vəkili Qənirə Paşayevanın ölümündən danışıb.
BUTA.TV xəbər verir ki, kədərli xəbərin çıxmmasından sonra paylaşım edən Bayram hər kəsin gözü önündə hönkür-hönkür ağlayıb:
"Heç vaxt inanmazdım ki, mən hansısa bir millət vəkili üçün bu qədər ağlayacam. Xəbəri eşidəndən bəri o qədər pisəm ki, bəlkə, bəzi doğmalarım ölsəydi, bu qədər ağlamazdım. Bir belə sözünü deyən, insanların qəlbində yer tapan millət vəkili gəlməyəcək. O qədər pis olmuşam, sanki öz doğmamı itirmişəm. Evdəkilər də deyir ki, niyə bu qədər ağlayırsan? Mən Qənirə xanımı millət vəkili, bir insan olaraq o qədər çox istəyirdim ki... Dua edirdim ki, sağalsın, ona qarşı o qədər istəyim vardı".
Bayram Nurlunun bu paylaşımını izləyicilər birmənalı qarşılamayıb. Bəziləri onu bu addımına görə tənqid edib, digərləri isə onu şou göstərməkdə ittihamlayıb.
Qeyd edək ki, naməlum mənşəli hipotonik vəziyyət diaqnozu qoyulan Qənirə Paşayeva Mərkəzi Klinik Xəstəxanasında 23 sentyabrda yerləşdirilmişdi, ötən gün dünyasını dəyişib.
- Azərbaycan beynəlxalq məhkəməyə müraciət etməyə hazırlaşır
- Abel Məhərrəmov Ali Məhkəmədə uduzdu
- "Medera Hospital"ın rəhbərinə 25 minlik cərimə
- Aygün Kazımovanın plastik cərrahının lisenziyası ləğv edildi
- Prezidentin xüsusi nümayəndələrinin sayı artdı
- Azərbaycanda bu iki nazir postu boşdur
- Qazaxlı Alikin oğlunun məhkəməsi təxirə salındı - Səbəb
- Muxtar Babayev vəzifəsindən azad edildi