Həbsdə olan milli fəalların üç gündür aclıq aksiyası keçirməsi ilə bağlı xəbərlər eşitmişik. Onların arasında mənim qardaşım Peyman İbrahimi də ola bilər. Lakin bu barədə dəqiq bilgimiz yoxdur. Nə ailə üzvlərinə, nə də vəkilə heç bir məlumat verilmir.
Bu sözləri BUTA.TV-a həbs olunan milli rəqs müəllimi, mədəni fəal Peyman İbrahimi Dinvərin bacısı Həcər İbrahimi deyib.
O bildirib ki, tutulan milli fəalların səhhəti haqqında heç kim xəbər əldə edə bilmir:
“Bu əngəl süni şəkildə yaradılır. İşə baxan hakim Seyid Musəvi milli fəalların ailəsi ilə görüşünə şərait yaradılmasına imkan vermir. 33 gündür qardaşımızla bağlı bizə heç nə deyilmir. Nəinki görüş, heç telefonla da danışmaq imkanımız yoxdur. Bu yaxınlarda tutulan milli fəalların aclıq aksiyası keçirtdiyini eşitdik. Hamısının ailə üzvləri məlumat almaq üçün Təhlükəsizlik Nazirliyinə gedib. Amma əliboş qayıdıblar. Çünki onları heç kim qarşılayıb, baş verənlər haqqında məlumatlandırmayıb. Çox narahatıq”.
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi