Bəhai inancına mənsub olan təbrizli Sina Şəhri 8 aylıq həbs cəzasını çəkmək üçün Təbriz həbsxanasına aparılıb.
BUTA.TV xəbər verir ki, bu barədə onun ailəsi məlumat yayıb.
Sina Şəhri Təbrizin İnqilab Məhkəməsi tərəfindən “Hökumətə qarşı təbliğat”da ittiham edilib.
Qeyd edək ki, hazırda İranda 300 mindən çox bəhai yaşasa da, İran konstitusiyası bəhai dinini rəsmən tanımır. İran Mədəni İnqilab Ali Şurasının qərarına əsasən, islamın bəhai təriqətinə mənsub olanlar ölkədə vətəndaşlıq hüququ olmayan insanlar sayılırlar.
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi