Gədəbəy rayonunun Söyüdlü kəndinin ərazisində yerləşən tullantıxanada monitorinqlərin aparılması və mövcud vəziyyətin qiymətləndirilməsi məqsədilə yaradılan Komissiyanın üzvləri bu gün kəndin sakinləri ilə görüşüb.
BUTA.TV xəbər verir ki, görüşdə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev "Micon" beynəlxalq monitorinq şirkətinin Söyüdlü kəndində tullantıxana sahəsində apardığı monitorinqin nəticələri barədə kənd sakinlərini nəlumatlandırıb.
Daha sonra ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov "Micon" şirkəti tərəfindən monitorinqin nəticələrinə uyğun olaraq hazırlanan tövsiyələri səsləndirib.
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov
- Daha bir xəstəxananın direktoru vəzifəsindən azad edildi