“Artsax hakimiyyəti” adı altında Ermənistanın pullarını açıq-aşkar sovuran və Qarabağ əhalisinə qarşı repressiya edən dəstə gizlənirdi.
BUTA.TV xəbər verir ki, bunu bloger Natali Aleksanyan Feysbuk səhifəsində yazır.
“Sizlərdən hansınızın Qarabağ bandasının törətdiyi soyğunçuluqdan, onların İrəvanda və dünyanın digər paytaxtlarında olan mülklərindən xəbəri yox idi? Görmürdünüz ki, “artsax rəhbərliyi” pafoslu ad altında Ermənistanın pullarını açıq-aşkar sovurub, Qarabağ əhalisinə qarşı repressiya edirdi? Özüm dəfələrlə onların soyğunçuluqlarından danışmışam, hətta fotoşəkilləri və canlı şahidləri gətirmişəm. Heç mənim yazılarımı oxuyursunuz? Bu gün Qarabağ ermənilərinin indiki vəziyyətinin bir nömrəli günahkarıının onların olduğunu kim bilmir? Ermənilərin azərbaycanlılarla mehriban ünsiyyətdə olmasını əks etdirən kadrları görmüsünüzmü, ermənilərə niyə getdiklərini soruşduqda cavab verirlər ki, “deyirlər, gedin - biz də gedirik”. Kim onlara deyir ki, getsinlər? Bunu camaata bu dəstədən başqa kim deyə bilərdi? Dostlar, Qarabağda baş verənlər sizə aydın deyilmi? Əgər bu aydın idisə, o zaman niyə ayılmaq üçün Babayanın etiraflarını gözlədiniz? Xalqa qarşı soyğunçuluğa niyə dözdünüz? Başınıza daha nə qədər bədbəxtlik gətirməlidirlər ki, siz “cənab prezident” yox, quldura quldur deməyə başlayasınız? Bu gün Samvel ofisində oturur, sabah Bakı həbsxanasında oturacaq, bəs biz onun köməyi olmadan pisi yaxşıdan ayıra bilməyəcəyik?” - o bildirib.
Qeyd edək ki, Qarabağdakı separatçı-terrorçu dəstə artıq özünü buraxdığını elan edib.
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov