Qarabağda daha 8 erməni hərbçinin meyiti tapıldı

00:54 - 28 Sentyabr 2023 - GÜNDƏM

 Qarabağda daha 8 erməni hərbçinin meyiti tapıldı

Qarabağda aparılan axtarışlar nəticəsində 8 hərbçinin meyitinin qalıqları tapılıb.

BUTA.TV xəbər verir ki, bu barədə Xankəndidəki keçmiş separatçı dəstə üzvləri məlumat yayıb.

4 meyitin Şuşakənddə, daha 4-nün isə Çərəkdar kəndində tapıldığı bildirilib.

Qeyd edək ki, Azərbaycan Ordusunun 19-20 sentyabrda keçirdiyi antiterror tədbirləri nəticəsində Qarabağdakı separatçı-terrorçu xunta təslim olub. 21 sentyabrdan antiterror tədbirlərinin keçirildiyi ərazilərdən erməni silahlıların meyitləri toplanır.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol