Azərbaycan Ordusunun Qarabağ bölgəsində həyata keçirdiyi anti-terror əməliyyatlarından sonra bölgədən qaçan qanunsuz erməni silahlılarının bir qisminin Təbrizə aparıldığı bildirilir.
BUTA.TV xəbər verir ki, bu barədə "Türkiyə" qəzeti 27 sentyabr tarixində məlumat yayıb.
Bildirilib ki, 60 erməni silahlısı SEPAH-ın Təbriz ətrafında yerləşən Xasavan kəndi yaxınlığındakı "Əl-Zəhra" kazarmasına köçürülüb.
İHA, SİHA, tank, raket, sızma, təxribat və s. daxil olmaqla, çoxşaxəli hərbi təlimlər keçəcək terrorçuların sayının 1000 nəfərədək artırılacağı qeyd edilir.
Təlimlərin başa çatması və terrorçuların hazırlanmasından sonra SEPAH-ın onların Zəngəzur bölgəsinə yerləşdirilməsini planlaşdırıldığı qeyd edilir.
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video
- “Vurulan qollar sualların cavabı idi” - Rəşad Sadıqov