Ömrümüz boyu dəyişikliyə uğrayan orqanlardan biri də burundur.
BUTA.TV Medicina.az-a istinadən xəbər verir ki, plastik cərrah Ruslan Strajnikov burnun böyüməsinin səbəblərindən danışıb.
“İnsanın yaşının üstünə yaş gəldikcə güzgüdə artıq burnunun üzündə daha çox yer tutduğunu görür. Çox pasiyentlər şikayətlənir ki, burnum kiçik idi, indi böyükdür. Amma bu vizual olaraq belə görünür. Əslində real olaraq burun ölçüsündə, toxumasında böyümə, uzanma olmur.
Böyük görünməsinin səbəbi dəri altındakı piy toxumasının azalmasıdır. Alın, yanaq, çənədə sallanma, boşalma, ərimə olduğu üçün burun öz yerində, öz ölçüsündə daha qabarıq görünür.
Bundan əlavə, yaşla əlaqədar burun qığırdağında struktur dəyişikliyi olur. Bu isə burunda forma dəyişikliyi və sümük qabarmasına səbəb ola bilər. Üzdə kollagen elastin toxuma düşdüyü üçün burunu dik və yuxarıda tutan bağlar zəifləyir.
Ona görə də günah burunun özündə yox, ümumilikdə orqanizmdə və üz toxumasındadır”, - o bildirib.
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video