Qarabağda istənilən müşahidə missiyası yalnız Bakının razılığı ilə orada ola bilər. ABŞ-ın təşəbbüsünə gəlincə, hələ ki, orada konkretlik yoxdur.
BUTA.TV xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib. “Biz burada hələ heç bir konkretlik görmürük. Orada istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Siz ilk növbədə bundan xəbərdar olmalısınız. Biz də öz növbəmizdə İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdiririk”, - Peskov bildirib.
Qeyd edək ki, Metyu Miller ABŞ-ın Azərbaycanın Qarabağ sakinlərinin hüquqlarını və təhlükəsizliyini təmin etmək üzrə öhdəliklərini yerinə yetirməsinə nəzarət edəcək beynəlxalq missiya yaratmağa çalışdığını demişdi.
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video