Kürdəmir rayonunda evdə qaz balonu partlayıb, xəsarət alanlar var.
BUTA.TV xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.
Partlayış zamanı ev sakinləri - Vüsal Hətəmxan oğlu Zərbalıyev və Şəbnəm Xidmət qızı Zərbalıyeva yanıq xəsarətləri alıblar.
Yaralılar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onların vəziyyətini ağır qiymətləndirir və müalicələrinin davamı üçün Bakı şəhərinə göndərilməsini planlayırlar.
Fakt araşdırılır.
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video