Qarabağdan Ermənistana gedən ermənilərdən birinin AzTV-nin əməkdaşına verdiyi açıqlama mühüm məqamı üzə çıxarıb.
Axar.aş xəbər verir ki, keçid məntəqəsində avtomobili xarab olan erməni sakin o0na yardım edildiyini, yemək verildiyini, maşınının təmir edildiyini bildirib.
Daha sonra Ağdərədən gəldiyini bildirən erməni sakin etiraf edib ki, əvvəllər Rusiyada yaşayıb, 9 il əvvəl isə əvvəl İrəvana, oradan da Ağdərəyə köçürülüb.
Həmçinin bildirib ki, İrəvandan çox sayda erməni Ağdərəyə köçürülüb.
Bu açıqlama Qarabağdan köçən ermənilərin əslində kimliklərini ortaya qoyur. Bəlli olur ki, tələm-tələsik çıxanların əksəriyyəti Qarabağda yaşamayan, işğaldan sonrakı illərdə bura köçürülənlərdir. İllərdir Qarabağda yaşayan ermənilərin sayı bu qanunsuz köçürmələrin hesabına artırılıb.
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video
- AFFA prezidenti "Sabah"ı təbrik etdi
- “2 oğlum var, qaz və yol olmadığına görə qoyub gediblər” - Video