Xocalı bizim yaralı yerimizdir. O anlar hələ də ürəyimizdə sağalmaz yara kimi qalıb. Bu gün Azərbaycan Ordusu artıq Xocalıya, dəhşətli qətliamın törədildiyi yerə giriş edib və bölgəni nəzarət altına alıb.
Bu sözləri BUTA.TV-a açıqlamasında politoloq Qabil Hüseynli Ordumuzun Xocalı şəhərinə daxil olması ilə bağlı danışarkən deyib.
“Biz ermənilərin əksinə olaraq orda soyqırım törətmirik, belə niyyətimiz də yoxdur. Biz sadəcə olaraq Xocalı soyqırımını törədənlərin məsuliyyətə cəlb edilməsini və onların ədalət məhkəməsi qarşısında cavab vermələrini istəyirik. Biz humanizm prinsiplərinə uyğun olaraq, Xocalıda, Xankəndidə və digər bölgələrimizdə dinc əhalinin hərbi əməliyyatdan zərər görməsinin tərəfdarı deyilik. Son antiterror tədbirlərində də göstərdik ki, Azərbaycan Ordusu yalnız legitim hərbi hədəfləri vurur, dinc əhaliyə isə kömək edir, tibbi və ərzaq yardımı göndərir. Bakıdan Xankəndiyə xeyli miqdarda yardım göndərilib, bu yardımlar davam edəcək. Biz onların vəhşiliyi qarşısında öz insanlığımızı göstəririk", - politoloq bildirib.
- WUF13-ün vizual hekayəsi... - Video
- Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video
- Rekord istilər gözlənilir - Xəbərdarlıq
- Rubionun adını dəyişdirib Çinə buraxdılar
- Milyardlıq biznesindən əl çəkib din xadimi olur
- Bu gün Bakı və Sumqayıtın bu ərazilərində işıq olmayacaq
- Bakıda piyadalar üçün böyük dəyişiklik başladı - Video