Bakının Sabunçu rayonunda sərnişin avtobusunun "Kamaz"a çırpılması nəticəsində bir nəfər ölüb.
BUTA.TV xəbər verir ki, hadisə avtobus Balaxanı qəsəbəsindən H.Əliyev prospekti istiqamətdə hərəkətdə olarkən baş verib.
Qubat Ələsgərov idarə etdiyi Çinar MMC-yə məxsus "Korsan" markalı sərnişin avtobusu ilə yolun sağ tərəfində dayanan "Kamaz" markalı yük avtomobilini vurub.
Nəticədə avtobusda olan sərnişin, 1966-cı il təvəllüdlü Adikə Əliyeva aldığı xəsarətlərdən xəstəxanada ölüb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.
- 700 min vətəndaşın maaşı arta bilər - Qanunda dəyişiklik...
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
- Pensiyalar ödənildi
- WUF13-ün vizual hekayəsi... - Video
- Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video