Fələstin lideri Mahmud Abbasın BMT Baş Assambleyasının 78-ci sessiyasında çıxışı zamanı İsrail nümayəndələri iclas zalını tərk ediblər.
BUTA.TV xəbər verir ki, o, çıxışını bütünlüklə Fələstin-İsrail münaqişəsinə həsr edib, İsraili fələstinlilərə qarşı siyasətinə görə kəskin tənqid edib.
“Mən burada sizin qarşınızda dayanarkən, İsrailin irqçi ifrat sağ hökuməti xalqımıza hücum etməyə davam edir”, Abbas bildirib.
O, İsrailin heç bir izahat vermədən ən azı 600 fələstinlinin cəsədini Fələstinə təhvil verməkdən imtina etdiyini bildirib.
Abbasın bu sözlərindən sonra İsrail nümayəndələri iclas zalını tərk ediblər.
- 700 min vətəndaşın maaşı arta bilər - Qanunda dəyişiklik...
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
- Pensiyalar ödənildi
- WUF13-ün vizual hekayəsi... - Video
- Milyonçunun hamam otağında meyiti tapıldı - Arvadı ilə mübahisə edibmiş
- Bu dəfə “daş qayaya rast gəldi”... - Video