Ermənistan hakimiyyəti paytaxtda iğtişaşlar təşkil etmək cəhdlərinə sərt reaksiya verəcək.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan baş naziri Nikol Paşinyan deyib.
"Tələbə və idmançılardan ibarət mütəşəkkil dəstələr İrəvanda kütləvi iğtişaşlar təşkil etməyə çalışırlar. Bizdə olan məlumata görə, iştirakçılardan biri Ermənistanın keçmiş liderlərindən birinin oğlu ilə bağlıdır. Digərləri isə Qarabağın ən yüksək dairələri ilə əlaqəli tələbələrdir. Amma kim olursa olsun, çox sərt reaksiya olacaq, o da sərtdir”, - Paşinyan bildirib.
Baş nazirin sözlərinə görə, vətəndaşlar daha sürətli və sərt reaksiya istəyirlər və o da olacaq.
Onun fikrincə, aksiyaların təşkilatçıları Ermənistan hakimiyyətinin İrəvan küçələrində qan tökməsini istəyirlər.
- Ramazanın 29-cu günü: Dua, imsak və iftar vaxtı...
- Sumqayıtda möhtəşəm bayram tədbiri - Foto
- Böyükşorda qurğu tikilir: əhaliyə kompensasiya veriləcək
- Bu gecə Xırdalanın bu ərazilərində işıq olmayacaq
- Bakının bu qəsəbəsində kanalizasiya sistemi qurulur - Video
- Prezidentdən Mixail Zabelin barədə sərəncam
- Evlənən və boşananların sayı azaldı
- Aparıcıların istifadə etdiyi xarici sözlərin sayı... - Şura