“Yerablur” hərbi panteonunun ərazisində erməni deputatlarla müharibədə ölən hərbçilərin yaxınları arasında dava düşüb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.
Məlumata görə, ölən əsgərlərin yaxınları panteona gələn Mülki Müqavilə Partiyasından olan deputatlar Akop Aslanyan və Ovik Ağarzayanın qarşısını kəsiblər.
Onlar deputatları “satqın” və “türk” adlandıraraq panteon ərazisini tərk etmələrini tələb ediblər. Hətta bir nəfər Ovik Ağarzayana zərbə də endirib.
Hadisə yerinə gələn polis qüvvələri deputatları panteonun ərazisindən çıxarıblar.
- Prezident onu nazirin birinci müavini təyin etdi
- Yermak həbs olundu - Foto
- Ağakərim Səmədzadə nazirin I müavini oldu
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi
- Pensiyalar ödənildi
- WUF13-ün vizual hekayəsi... - Video