Sentyabrın 20-si Canyataq yaşayış məntəqəsi yaxınlığında Rusiya Federasiyasının sülhməramlı kontingentinə məxsus UAZ Patriot avtomobilinin atəşə tutulması nəticəsində sülhməramlı kontingentin hərbi qulluqçularının faciəvi şəkildə həlak olması faktı qeydə alınıb.
Azərbaycanın Müdafiə Nazirliyindən BUTA.TV-a verilən məlumata görə, hadisənin bütün baş verməsi səbəblərini araşdırmaq üçün Azərbaycan və Rusiyanın istintaq orqanları yerində əməkdaşlıq şəraitində çalışırlar.
Baş vermiş hadisədən təəssüf hissi keçirir, Rusiya Federasiyasının Müdafiə Nazirliyinin rəhbərliyi, Rusiya sülhməramlı kontingentinin komandanlığı və həlak olmuş hərbi qulluqçuların ailələri və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
- Aeroport yolunda yük maşını kül oldu - Video
- Bakıda onlar üçün xüsusi avtobus fəaliyyətə başladı - Pulsuzdur
- Prezident onu nazirin birinci müavini təyin etdi
- Yermak həbs olundu - Video
- Ağakərim Səmədzadə nazirin I müavini oldu
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi