İkinci Qarabağ müharibəsi başa çatandan sonra bu günə qədər 300-dən çox Azərbaycan vətəndaşı mina terrorunun qurbanı olmuşdur. Dünənki terror aktı bu sıradan olan hadisə idi.
BUTA.TV xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev xalqa müraciətində deyib.
İlham Əliyev qeyd edib ki, “Laçın” sərhəd-buraxılış məntəqəsi qurulmayana qədər İkinci Qarabağ müharibəsindən sonra Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz olaraq minalar gətirilmiş və müxtəlif yerlərdə basdırılmışdır. Bir müddət bundan əvvəl Azərbaycan Silahlı Qüvvələri tərəfindən aşkarlanmış minalar Rusiya sülhməramlı kontingentinin və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin nümayəndələrinə göstərilmiş və onlardan ciddi tədbir görülməsi tələb edilmişdir. Bu minalar 2021-ci ildə Ermənistanda istehsal olunmuş minalardır. Bu, bir daha onu göstərir ki, bu minalar İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı terror aktlarını həyata keçirmək üçün məqsədyönlü şəkildə gətirilmişdir.
- Aeroport yolunda yük maşını kül oldu - Video
- Bakıda onlar üçün xüsusi avtobus fəaliyyətə başladı - Pulsuzdur
- Prezident onu nazirin birinci müavini təyin etdi
- Yermak həbs olundu - Video
- Ağakərim Səmədzadə nazirin I müavini oldu
- Yaşayış binasında “yanğın”: FHN hərəkətə keçdi - Video
- Minimum əməkhaqqı nə vaxt artırılacaq?
- Taksi sürücüsü maşında avtomat gəzdirirmiş - Həbs edildi