Ukraynadan Polşa əleyhinə şok qərar

08:18 - 20 Sentyabr 2023 - GÜNDƏM

 Ukraynadan Polşa əleyhinə şok qərar

Ukrayna yaxın günlərdə Polşadan soğan, pomidor, kələm və almaya embarqo tətbiq edəcək.

BUTA.TV xəbər verir ki, bunu Ukrayna iqtisadiyyat nazirinin müavini - Ukraynanın ticarət nümayəndəsi Taras Kaçka bildirib.

T.Kaçka Polşaya embarqonun tətbiq edilməsinin səbəblərindən danışıb:

"Biz sübut etmək istəyirik ki, Polşanın bu cür tədbirləri tətbiq etmək (Ukraynadan taxıl idxalına qadağa - red.) hüququ yoxdur. Biz əvvəldən ixrac qadağası ilə razılaşmamışıq. Bizim üçün düzgün istiqamətdə hərəkət etmək vacibdir, bu, bir qayda olaraq, sabitliyi qorumaq deməkdir. Bizim də koordinasiya platformamız var. Polşa bu prosesdə iştirak edir. Ona görə də bizim haqlı gözləntimiz var ki, taxıl ixracına qoyulan qadağanın müddətinin başa çatması, o cümlədən Ukraynanın tətbiq etdiyi tədbirlər bütün üzv ölkələr tərəfindən qəbul ediləcək. Beləliklə, bu iddia Polşaya qarşı deyil, daha çox bu cür tədbirlərin tətbiqinin mümkünlüyü ilə əlaqədardır".


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol