Fransanın Azərbaycanın antiterror tədbiri ilə bağlı BMT Təhlükəsizlik Şurasının təcili çağırılması tələbinə o biri daimi üzvlər necə reaksiya verəcəklər? Rusiya Ukrayna müharibəsinə görə Fransa ilə ixtilaf içindədir. Ona görə də elə tək bu səbəbə görə Rusiya Fransa ilə eyni mövqedən çıxış etməyəcək. Çinin həm Azərbaycan, həm də Ermənistanla tərəfdaşlıq münasibətləri mövcuddur. Pekin bu səbəbdən Azərbaycan əleyhinə hər hansı sənədin qəbulunda iştirak etməz istəməz. Qalır digər iki daimi üzv – Böyük Britaniya və ABŞ.
BUTA.TV xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, Londonun Bakı ilə tərəfdaşlıq münasibətləri mövcuddur, Böyük Britaniyanın Azərbaycanda iqtisadi maraqları var:
“Ona görə London Azərbaycan əleyhinə sənədin qəbuluna da müsbət yanaşmaz, uzaqbaşı “bölgədə atəşkəs elan edilsin” kimi heç bir hüquqi çəkisi olmayan ümumi bəyanata qoşula bilər. Yerdə qalır Amerika Birləşmiş Ştatları. Ağ Ev və Dövlət Departamenti İkinci Qarabağ müharibəsi günlərində Azərbaycan əleyhinə bəyanat qəbul etmədilər, balanslı açıqlamalar verdilər. Bu sonrakı müddətdə Azərbaycan-ABŞ münasibətlərinin daha da yaxınlaşmasına şərait yaratdı. Vaşinqton enerji və təhlükəsizlik məsələlərinə görə Azərbaycanla əməkdaşlığa və dialoqa ehtiyac duyur, İran amilini də nəzərə alır. Ancaq Dövlət Departamenti rəsmisinin (Yuri Kim – red.) Konqresdəki son anti-Azərbaycan çıxışı bizdə məyusluq yaradıb. Bu o deməkdirmi ki, ABŞ Fransanın Azərbaycan əleyhinə hər hansı sənədin qəbuluna “yaşıl işıq” yandıracaq?
Vaşinqton bilir ki, Parisin anti-Azərbaycan mövqeli sənədi Təhlükəsizlik Şurasında qəbul edilməyəcək. Belə olan halda Vaşinqton Fransanı dəstəkləməklə heç nə qazanmayacaq, əksinə Azərbaycanla münasibətlərinə kölgə salacaq. Bu Amerikanın regional maraqlarına da ziddir”.
- Leyla Əliyeva Qəbələdə - Foto
- Sabah Bakının bəzi ərazilərində qaz olmayacaq
- Hacıqabulda 500-dən çox ev su altında qaldı
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- Şeyx Özbəkistana gedir
- MN açıqladı: Bu sursatlar məhv ediləcək
- İcma Ermənistan prezidentinə cavab verdi
- Məhəmməd peyğəmbər ermənilərə məktub yazıb? - Foto