Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq təhlükəsizliyinə zəmanət verilən inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil olunacaq. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımlar göstəriləcək, onlar içməli su və ərzaqla təmin olunacaq.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycan MN-in Xankəndi və ətrafında yaşayan ermənilərə müraciətində bildirilib.
Qeyd edilib ki, antiterror tədbirləri çərçivəsində yalnız legitim hərbi obyektlər və hərbi infrastruktur dəqiq silahlarla hədəfə alınır və sıradan çıxarılır:
“Əhalinin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün Laçın yolu üzərində və digər istiqamətlərdə humanitar dəhliz və qəbul məntəqələri yaradılıb”.
Qeyd edək ki, Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanılıb.
- Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq
- Bakıda bəzi evlər söküləcək: Kompensasiya...
- Səfərbərlik Xidmətinin 2 rayon şöbəsi ləğv edildi
- Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - Foto
- Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
- “Həmin ərazidəki 22 ev söküləcək və kompensasiya veriləcək”
- Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?