Yenə səhəri ermənilərin terror xəbəri ilə açdıq. Ermənilər ən yaxşı bacardıqları alçaqlığı yenə etdilər. Mina terroru nəticəsində şəhid olan polis qardaşlarımıza Allahdan rəhmət, yaralılarımıza şəfa diləyirəm.
Bu sözləri BUTA.TV-a Ermənistanın mina terrorunun nəticələri haqqında danışan Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz deyib.
“Ağdamda baş verən son təxribat nəticəsində iki hərbçimizin yaralanması və mina terrorunun davam etməsi, xəritələrin təhvil verilməməsi səbrimizin sonunu gətidi. Nəticədə Şanlı Azərbaycan Ordusu Qarabağda antiterror tədbirlərinə başladı. Ermənistan bunu təkbaşına yox, arxasındakılarla birlikdə edirdi. Ona görə bütün məsuliyyət İrəvan qədər, onların da üzərinə düşür. Bütün terror nöqtələri məhv edilməli, sıradan çıxarılmalıdır. Azərbaycan sülh istədi, amma qarşılığında təxribat, terror, cinayət gördü. İndi isə Ermənistan terrorçularına qarşı tədbirləri görməlidir. Allah Şanlı Azərbaycan Ordusuna yar olsun!” – türk general bildirib.
- Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq
- Bakıda bəzi evlər söküləcək: Kompensasiya...
- Səfərbərlik Xidmətinin 2 rayon şöbəsi ləğv edildi
- Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - Foto
- Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
- “Həmin ərazidəki 22 ev söküləcək və kompensasiya veriləcək”
- Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?