Təkcə bu gün erməni separatçılarının Qarabağda yerləşdirdiyi minaların partlaması nəticəsində 6 Azərbaycan vətəndaşı həlak olub. Bu minalar yaxın zamanda yerləşdirilib. Bəzi dövlətlər və beynəlxalq təşkilatlar niyə susur?.
BUTA.TV xəbər verir ki, bu fikirlər Azərbaycanın İrandakı səfiri Əli Əlizadənin X hesabındakı paylaşımında yer alıb.
Diplomat qeyd edib ki, onlar yalnız saxta ərzaq blokadasından danışırlar, halbuki 2020-ci ilin noyabr ayından indiyədək 314 nəfər Ermənistan tərəfindən Azərbaycan ərazilərinin mina blokadasının qurbanı olub:
"Üstəlik, bu minalar yaxın zamanda yerləşdirilib, çünki bu yollar istehkamçılar tərəfindən dəfələrlə yoxlanılıb və hər gün oradan çoxlu sayda maşın keçir".
- Bakıda bəzi evlər söküləcək: Kompensasiya...
- Səfərbərlik Xidmətinin 2 rayon şöbəsi ləğv edildi
- Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - Foto
- Gürcüstanda ağır qəza - Azərbaycanlılar həlak oldu
- “Həmin ərazidəki 22 ev söküləcək və kompensasiya veriləcək”
- Nazir müavini təyin olunan Ağakərim Səmədzadə kimdir?
- Nazirlikdən “Dr. Gülü” ilə bağlı araşdırma: Gizli məqamlar...