ABŞ ilə İran arasında baş tutan məhbus mübadiləsi axmaqlıqdır.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp mediaya açıqlamasında deyib.
“Müxtəlif ölkələrdən 58 girovu heç nə ödəmədən geri qaytardım. Səriştəsiz liderimiz, fırıldaqçı və axmaq Co Bayden 5 nəfərə 6 milyard dollar ödədi, İran isə bunun qarşılığında heç nə vermədi”, - Tramp bildirib.
Qeyd edək ki, ötən gün ABŞ və İran arasında məhbus mübadiləsi baş tutub. Eyni zamanda, ABŞ İranın Cənubi Koreyada dondurulmuş 6 milyard dollar vəsaitinin köçürülməsinə izn verib.
- Sabah hava necə olacaq?
- Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
- Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq
- Bakıda bəzi evlər söküləcək: Kompensasiya...
- Səfərbərlik Xidmətinin 2 rayon şöbəsi ləğv edildi
- Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - Foto