UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turunda Bakıda “Qarabağ” və Norveçin “Molde” komandası arasında keçiriləcək oyunun biletləri satışa çıxarılıb.
Klubun mətbuat xidmətindən BUTA.TV-a verilən məlumata görə, biletlərin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.
VİP biletlərin qiyməti isə 200 manatdır.
Biletləri Ağdam təmsilçisinin “Park Bulvar”dakı fan-şopundan, eləcə də “Iticket.az”ın satış məntəqələrindən əldə etmək olar.
Qeyd edək ki, sentyabrın 21-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” - “Molde” matçı saat 20:45-də başlayacaq.
- Sabah hava necə olacaq?
- Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi
- Bakı-Qəbələ qatarı Kürdəmirdə də dayanacaq
- Bakıda bəzi evlər söküləcək: Kompensasiya...
- Səfərbərlik Xidmətinin 2 rayon şöbəsi ləğv edildi
- Gürcüstanda qəza: ikisi qardaş olmaqla, 6 azərbaycanlı öldü
- BDU-nun tələbəsi faciəvi şəkildə öldü - Foto