ABŞ hökuməti Pakistanla Beynəlxalq Valyuta Fondu (BVF) arasında 3 milyard dollarlıq razılaşmanın əldə olunmasına yardımçı olub.
BUTA.TV xəbər verir ki, bu barədə “İntercept” nəşri yazıb.
Nəşrin məlumatına görə, bu yardım Vaşinqton və İslamabad arasında Ukraynaya silah satışı ilə bağlı gizli razılaşmalara cavab olub.
“Söhbət 2022-ci ilin yayından 2023-cü ilin yazına qədər sursat tədarükü ilə bağlı ABŞ-Pakistan gizli razılaşmalarından gedir. Silah satışı Ukrayna ordusunu təchiz etmək məqsədi ilə həyata keçirilib”, - nəşr bildirib.
Qeyd olunub ki, ABŞ-ın vasitəçiliyi ilə verilən BVF krediti Pakistan hakimiyyətinə seçkiləri təxirə salmağa, amansız repressiyaları gücləndirməyə və keçmiş baş nazir İmran Xanı həbs etməyə imkan verib.
- Laçına güclü qar yağdı - Video
- Bakıda, yağış altında, yolun ortasında rəqs edən qız - Video
- Merin müavini yağışın fəsad yaratdığı ərazilərə baxış keçirdi
- Bakıda hasar maşınların üzərinə aşdı - Video
- Yağış Bakıda bu klinikanı yararsız hala saldı - Video
- DİN: Vətəndaşlara belə köməklik göstərilir - Video
- 15 ağac kəsildi: cinayət işi açıldı
- Sumqayıtda kommunal xidmətlər gücləndirilmiş rejimdə çalışır