Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti məsuliyyət zonasında məskunlaşan erməni separatçılar BQXK-nin Ağdam yolu vasitəsilə Xankəndiyə çatdırdığı yardımı “ekspertizaya” göndərib.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası yazıb.
Bildirilib ki, “müəyyən edilmiş meyarlara” uyğun gəlməyən mallar yerindəcə məhv ediləcək.
“Eyni zamanda, Beynəlxalq Qırmızı Xaç Komitəsi ilə işləyirik ki, gələcəkdə bizim tələblərimizə cavab verən mallar Qarabağa idxal edilsin”, - separatçı qurumdan bildirilib.
Xatırladaq ki, Ağdam yolu ilə xarici istehsal olan tibbi və gigiyenik vasitələr çatdırılıb.
- Şəmkirdə ana və oğul döyüldü
- Gözlənilən qərar: Tələbə ancaq tələbəni görəcək?
- Sabah bu şəhərdə qaz olmayacaq
- Bakıya narkotik daşımaq istədi, saxlanıldı – Anbaan video
- Ağcabədidə ağır qəza: 1 ölü, 1 yaralı - Foto
- Putin azərbaycanlı alimi təltif etdi - Foto
- Bakıda tıxaca qarşı 3 mühüm strateji layihə - Belə olacaq
- Müəllim olan arvadını öldürən şəxslə bağlı qərar...