Efiopiyalı atlet Qudaf Tseqay Brilyant Liqasının finalında 5000 metr məsafəyə qaçışda yeni dünya rekordu müəyyənləşdirib. Müsabiqə Yucin şəhərində (Oreqon, ABŞ) keçirilir.
BUTA.TV xəbər verir ki, Tseqay sözügedən məsafəni 14 dəqiqə 0,21 saniyəyə qət edərək Brilyant Liqasının qalibi olub. Bundan əvvəlki dünya rekordu keniyalı Feyt Kipyeqona (14 dəqiqə 5,20 saniyə) məxsus olub və bu il iyunun 9-da qeydə alınıb.
Qeyd edə ki, Tseqayın 26 yaşı var. O, 5000 metr məsafəyə qaçışda Tokio Olimpiadasının bürünc mükafatçısıdır. Bu il idmançı 10 000 metr, keçən il 5 000 metr məsafəyə qaçış üzrə dünya çempionu olub. Efiopiyalı 1500 metr məsafəyə qaçışda dünya çempionatının gümüş (2022) və bürünc (2019) mükafatçısıdır.
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?
- Bakıda şagird məktəbin pəncərəsindən yıxıldı
- Latviyada hökumət böhranı - Baş nazir istefa verdi