Birləşmiş Millətlər Təşkilatının (BMT) Elm, Təhsil və Mədəniyyət üzrə ixtisaslaşmış qurumu UNESCO (“United Nations Educational, Scientific and Cultural Organization”- red) “X” sosial şəbəkəsindəki hesabında Azərbaycanın milli rəqsi olan “Yallı” ilə bağlı paylaşım edib.
BUTA.TV xəbər verir ki, UNESCO paylaşımda “Yallı”nın qorunmasına çağırış edib.
“Yallı” rəqsi ritmik addımları və rəngarəng kostyumları ilə Azərbaycan canlı irsinin mahiyyətini təcəssüm etdirir. “Yallı” 2018-ci ildə Təcili Qorunma Siyahısına daxil olunub. Biz bu ənənəni birlikdə qorumalıyıq”, - UNESCO-nun paylaşımında deyilir.
Qeyd edək ki, “Yallı” Azərbaycanın ən qədim rəqs növlərindən biridir. "Yallı (“Köçəri”, “Tənzərə”), “Naxçıvanın ənənəvi qrup rəqsləri" 2018-ci ilin 26 noyabr – 1 dekabrında Mavriki Respublikasının paytaxtı Port-Luis şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 13-cü sessiyasında qəbul edilmiş qərarla Təcili Qorunma Siyahısına salınıb.
- Azərbaycanda iki yeni institut yaradıldı
- ADY Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Mayis Musayev işdən çıxdı
- Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
- Buraxılış imtahanında bu tətbiq edilə bilər - DİM sədri
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
- Sabiq rektor vəfat etdi - Foto