İranın Fars əyalətinin Nurabad şəhərində “Bəsic” birləşməsinin zabitlərinə silahlı hücum nəticəsində 1 nəfər ölüb, 3 nəfər yaralanıb.
BUTA.TV xəbər verir ki, bu barədə Fars əyalətinin rəhbərinin siyasi məsələlər üzrə müavini İsmayıl Kazal Sofli bildirib.
“İki naməlum şəxs “Bəsic” qüvvələrinin əməkdaşları istiqamətində nizamsız atəş açıb. Nəticədə bir zabit ölüb, 3 nəfər xəsarət alıb”, - Sofli bildirib.
Onun sözlərinə görə, naməlum şəxslər hadisəni motosikletdə hərəkət edərək törədiblər. Şübhəli şəxslər hadisə yerindən qaçıblar.
Onların axtarışına başlanılıb.
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
- Sabiq rektor vəfat etdi - Foto
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?