Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyi (JAXA) və “Mitsubishi Heavy İndustries” birgə yeni nəsil daşıyıcı raket üçün metan mühərriki hazırlamaq niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə “Nikkei” qəzeti məlumat yayıb.
Artıq tərtibatın birinci mərhələsinə başlanıldığı qeyd edilir. Yapon mütəxəssisləri böyük raket mühərrikləri üçün bu növ yanacaqdan birbaşa istifadə etməklə yanaşı, Yaponiyanın hazırda kosmik buraxılışlar üçün istifadə etdiyi ilə müqayisədə onun çəkisini və dəyərini azaldacaq yeni raket konstruksiyasını da nəzərdən keçirməlidir.
Mühərrikin tərtibatı plana uyğun olaraq davam edərsə, yeni raketin ilk buraxılışı təxminən 2030-cu ildə baş tutacaq. Metan Yaponiyada məişət qazının əsas maddəsidir. Hidrogendən daha rahat istifadə olunur və partlayışlara daha az meyillidir. JAXA və “Mitsubishi Heavy Industries”ə görə, bu keyfiyyətlər işə salınma xərclərini azaltmağa kömək edəcək.
Gələcəkdə metanla işləyən raketlər Yaponiyanın 2000-ci illərdən istismarda olan köhnəlmiş H2A əvəzinə istifadə etmək niyyətində olduğu H3 daşıyıcı aparatını əvəz etməli olacaq.
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- ADY Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Mayis Musayev işdən çıxdı
- Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
- Buraxılış imtahanında bu tətbiq edilə bilər - DİM sədri
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?