Şəmkirdə itkin düşən şəxs axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan BUTA.TV-a verilən məlumata görə, Şəmkir rayon Şiştəpə kənd sakini, 2002-ci il təvəllüdlü Elgün Əhmədova sentyabrın 15-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
E. Əhmədovanın əlamətləri belədir: boyu 162 sm, saçları qara, gözləri şabalıdı və arıq bədən quruluşludur. Evdən çıxarkən onun əynində çəhrayı rəngli hicablı don olub.
Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin 022-305-28-02 şəhər, 050-341-05-58 və 070-270-00-02 mobil nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- ADY Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Mayis Musayev işdən çıxdı
- Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
- Buraxılış imtahanında bu tətbiq edilə bilər - DİM sədri
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?