Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Hacıqabul rayonunda (Bakı-Qazax avtomobil yolunun 114-cü kilometrliyi) yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Fövqəladə Hallar Nazirliyindən BUTA.TV-a verilən xəbərə görə, məlumatla əlaqədar nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mersedes” və “Kia” markalı iki minik avtomobili toqquşub, 2 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfərin meyiti nəqliyyat vasitəsindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
- Sabiq rektor vəfat etdi - Foto
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?