İzmirdə meşə yanğınına müdaxilə edən helikopter anbardan su götürərkən qəzaya uğrayıb.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı X hesabından məlumat verib.
"Təəssüf ki, 16 sentyabr İzmirin Menderes rayonunda baş verən yanğına müdaxilə edən helikopterlərdən biri ilə əlaqəmiz kəsilib. İstintaqın məlumatına görə, yanğını söndürmək üçün su götürmək istəyən helikopter Taxtalı bəndinə çırpılıb”, - nazir bildirib.
Dərhal bölgədə axtarış-xilasetmə işlərinə başlanılıb. Helikopterdə olan dörd ekipaj üzvündən biri xilas edilib, digər üç nəfərin axtarışları davam edir.
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?
- Sabiq rektor vəfat etdi - Foto
- Tanınmış hakim təqaüdə göndərildi
- Azərbaycanda bu mənzillər ucuzlaşa bilər
- Bu əcnəbilər 30 günlük qeydiyyatdan azad edildi
- Psixoloq dindarlarla bağlı açıqlamasına görə prokurorluğa çağırıldı
- Ceki Çan yeni filminin bir hissəsini Azərbaycanda çəkəcək
- Sabah hava necə olacaq?