Son saatlar ərzində qanunsuz silahlı dəstələr Ağdam istiqamətində atəşkəsi pozmaqla bərabər, kifayət qədər geniş miqyasda toplamaqdadır. Ağdərə istiqamətində qanunsuz silahlıların ciddi yerdəyişmələri müşahidə olunur.
Bu sözləri BUTA.TV-a erməni separatçıların artan təxribatları haqqında danışan hərbi ekspert Ədalət Verdiyev deyib.
Hərbi ekspert yaxın saatlarda yeni təxribatların gözlənildiyi haqqında xəbərdarlıq edib:
"Qarabağda rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsində yaşayan erməni separatçıların “hərbçiləri” geri çağırması və silah tuta bilənlərin qeyri-qanuni dəstələrə cəlbi müşahidə olunur. Qarabağdakı separatçıların fəaliyyəti onların yaxın saatlarda təxribat törətmək üçün hazırlıqlarını demək olar ki, tamamladıqlarını göstərir. Böyük ehtimalla rus sülhməramlıların müvəqqəti məsuliyyət bölgəsindəki separatçıların qeyri-qanuni silahlı dəstələri yaxın saatlarda Ağdərə istiqamətindən Ordumuzun Ağdamdakı mövqeləri istiqamətində təxribat törədəcəklər. Ayıq-sayıq olmalıyıq və diqqətimizi xüsusilə Ağdərə istiqamətinə yönəltməliyik".
Qeyd edək ki, Azərbaycan MN qanunsuz erməni silahlıların gecə 22:55-dən 23:45-ə qədər Ordumuzun Ağdam rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən hazırlanması məqsədilə qazıntılar aparmağa cəhd göstərdikləri barədə məlumat yayıb.
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- ADY Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Mayis Musayev işdən çıxdı
- Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
- Buraxılış imtahanında bu tətbiq edilə bilər - DİM sədri
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?