Bu gecə Rusiyanın taxıl sazişindən çıxmasından sonra ilk dəfə Odessa limanlarından birinə mülki gəmi daxil olub.
BUTA.TV xəbər verir ki, bunu Qara Dəniz Strateji Araşdırmalar İnstitutunun tanınmış eksperti və layihə rəhbəri Andrey Klimenko deyib.
“Rusiyasız “taxıl dəhlizi” mövcuddur. Sentyabrın 16-da saat 17:56-da Türkiyənin “Aroyat” yük daşıyıcısı Qara dəniz limanına daxil olub. Mülki gəminin gəlişi çox böyük əhəmiyyət və nəticələrə malik hadisədir",- o bildirib.
Ukraynanın infrastruktur naziri Aleksandr Kubrakov da bildirib ki, ilk mülki gəmilər Ukrayna limanlarına gedən müvəqqəti dəhlizdən yararlanıb:
“Resilient Africa” və “Aroyat” yükdaşıyıcıları Afrika və Asiya ölkələri üçün təxminən 20 min ton buğda yükləmək üçün Qara dəniz limanının girişinə gedən marşrutdan istifadə etməyə hazır olduqlarını təsdiqləyiblər. Gəmilər Palau bayrağı altındadır və ekipajı Türkiyə, Azərbaycan, Misir və Ukrayna vətəndaşlarından ibarətdir".
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- ADY Gəncə–Mingəçevir-Gəncə reysi təşkil edir
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Mayis Musayev işdən çıxdı
- Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi
- Buraxılış imtahanında bu tətbiq edilə bilər - DİM sədri
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?