Sumqayıtda radiasiya təhlükəsi olan müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, sentyabrın 9-u Sumqayıt şəhəri, İnşaatçılar küçəsində yerləşən müəssisənin ərazisində radiasiya fonunun normadan artıq olması barədə nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında dərhal FHN-in qüvvələri cəlb olunub. Müəssisənin ərazisində lokal yerdə qamma-şüalanmanın doza gücünün təbii fondan yüksək olduğu öz təsdiqini tapıb və bununla bağlı zəruri ilkin təhlükəsizlik tədbirləri görülüb, o cümlədən əraziyə kənar şəxslərin girişi müvəqqəti olaraq məhdudlaşdırılıb.
Faktla bağlı FHN tərəfindən aparılmış radiometrik-dozimetrik və spektrometrik ölçmələr, eləcə də nüvə-radioloji sınaq işləri nəticəsində şüalanma mənbəyinin dəqiq yeri müəyyən edilib.
Fövqəladə Hallar Nazirliyi tərəfindən aidiyyəti dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə müəssisənin ərazisində yer səthindən 40sm dərinlikdə aşkar olunan Cs (sezium) 137 radioaktiv maddəsi xüsusi təyinatlı texnika və avadanlıqların tətbiqi ilə ərazidən götürülərək, FHN-in “İzotop” xüsusi kombinatına aparılıb.
Əməliyyatdan sonra hadisə yerində təkrar müayinələr zamanı radiasiya fonunun normaya düşdüyü müəyyən olunub.
- "Gənclik"dəki tuneldə dəhşətli qəza - Video
- “Gənclik”dəki tuneldə ağır qəza - Yaralılar var - Video Yaralılar var
- Azərbaycanda iki yeni institut yaradıldı
- İkisi qardaş olmaqla 7 azərbaycanlı gəncin öldüyü qəzanın - Anbaan görüntüləri
- Mayis Musayev işdən çıxdı
- Fuad Allahverdiyevi ittiham edən keçmiş həyat yoldaşına - 10 il 6 aylıq cəza verildi 10 il 6 aylıq cəza verildi
- Buraxılış imtahanında bu tətbiq edilə bilər - DİM sədri
- Təyyarə reysləri azalır, uçuşlar ləğv edilir - Nə baş verir?