Rusiya istəyir ki, biz əvvəlki kimi olaq, yəni bizim əvəzimizə qərarları onlar versin. Biz də ölkəmizin qərarlarını qəbul etmək istəyirik.
BUTA.TV xəbər verir ki, bunu “Mülki müqavilə” franksiyasından olan deputat Qagik Melkonyan deyib.
“Üç dəfə ölkəmizə qarşı eskalasiya oldu, biz müraciət etdik, nə KTMT, nə də Rusiya cavab verdi. Onlara üz tutmağın mənası yoxdur. Bəli, heç bir mənası yoxdur. Lavrov nə deyir? Lavrov hər şeyi deyir. Həmişə nəsə deyir, amma dediklərini əsas götürmək olmaz. Lavrov daim ölkəmizi məhv etmək istəyir. Rusiyanın müttəfiqi Azərbaycandır. Biz özümüzə güvənməliyik, amma dostlar da axtarmalıyıq. İndiyə qədər ümidlərimizi Rusiyaya bağlamışıq. Onlar elə bir şərt formalaşdırdılar ki, ya Kreml ya da Ankara olmalıdır. Biz həmişə Rusiyanı seçmişik, sona qədər ona sadiq olmuşuq, amma başqa ölkələr də var”, - Melkonyan bildirib.
Onun sözlərinə görə, Ermənistan hazırda Hindistan, ABŞ, Avropa ölkələri və İranla dost münasibətləri qurmaq istəyir:
“Kiminlə təlim keçirəcəyimizə özümüz qərar verməliyik. Kim nə düşünür, düşünsün. Əgər ABŞ-la təlim keçirmək, Fransa və Hindistanla dost olmaq istəyiriksə, onlar niyə bunu ağır qəbul edirlər? Onlar da istədikləri ilə dost olurlar, biz nə vaxt onların işinə qarışmışıq?”, - Melkonyan bildirib.
- DMX açıqladı: Əcnəbilərə yaşamaq icazələri...
- Bu gün Şuşada hava musiqilidir - Fotolar
- WUF13 COP29 iqlim gündəliyinin davamı olacaq - Əhmədov
- Xırdalan və Masazıra buna görə metro çəkilmir - Rəsmi
- FHN-də WUF13 ilə bağlı “dəyirmi masa” təşkil edildi
- Şuşadakı üç qeyri-yaşayış binası ilə bağlı qərar verildi
- Bakıda xüsusi hərəkət zolaqları sabahdan qüvvəyə minir
- "Azercell" bu müştərilər üçün rəqəmsal imkanları genişləndirir